Yeni obrazı üçün 4 kiloqram arıqladı

16 Avqust 2021 10:42

Aktrisa Serenay Sarıkaya yayı Göcekdə kirayə tutduğu kirayə evdə keçirib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, İstanbul-Göcek arası gedib-gələn sənətçi meşə yanğınlarına görə tətilini erkən bitirib.

Serenay yeni obrazı üçün hazırlıqlara başlayıb. İnternetdə yayımlanacaq "Şahmeran" serialında çəkilməyə hazırlaşan aktrisa arıqlamalı olub. O, 2 həftəyə 4 kiloqram arıqlayıb.

Milli.Az