İlon Mask növbəti kosmik missiyanın anonsunu verdi - FOTO

16 Avqust 2021 12:12

"SpaceX" şirkətinin rəhbəri İlon Mask ilk orbital kosmik kompleksin öz missiyasını nə vaxt həyata keçirəcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, multimilyarder "Starship" kosmik gəmisinin göyərtəsinə 100 nəfəri yerləşdirəcəyini və ilk uçuşunun 2024-cü ilədək həyata keçirəcəyini açıqlayıb.

Mask bildirib ki, hazırda yalnız normativ icazəni gözləyir.

O, söhbətin real vaxtdan getdiyini qeyd edib.

Milli.Az