Əfqanıstandakı azərbaycanlı sülhməramlılarla bağlı RƏSMİ AÇIQLAMA

15 Avqust 2021 22:20

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir.

Milli.Az