Əfqanıstan prezidenti ölkədən BELƏ QAÇDI - VİDEO

15 Avqust 2021 21:50

İranın "Tasnim" agentliyi Əfqanıstan Prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi ilə bağlı video yayımlayıb.

Milli.Az azərforum-a istinadən xəbər verir ki, videoda ölkə liderinin pilləkənlərə necə qalxdığı, sağollaşıb "Kam Air" təyyarəsinə necə girdiyi əks olunur.

Bir müddət əvvəl "RIA Novosti"nin mənbəsi Əşrəf Qaninin istefaya razılıq verdiyini və Kabuldan Tacikistana uçduğunu bildirmişdi.

Milli.Az