"Taliban" Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edə bilər

15 Avqust 2021 21:25

Radikal "Taliban" hərəkatı tezl bir zamanda Kabildəki prezident sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl "Al Arabiya" telekanalı "Taliban"a istinadən xəbər vermişdi ki, yaraqlılar Əfqanıstanın paytaxtındakı prezident sarayını ələ keçiriblər.

Milli.Az