Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.
Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.
Öz növbəsində Tacikistanın "Azia-Plyus" media holdinqi də Əşrəf Qaninin bu ölkəyə gəlişi barədə məlumat yayıb. Qeyd edilir ki, dövlət başçısı administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gəlib. Lakin bu informasiya hələ rəsmən təsdiqlənməyib.
Milli.Az