“Taliban” yüzlərlə təhlükəli məhbusu azadlığa buraxdı - VİDEO

15 Avqust 2021 17:37

Bütün Əfqanıstanı ələ keçirən radikal "Taliban" terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu "Pul-e-Charkhi" həbsxanasından buraxıb.

Bu barədə Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir.

Qeyd edilir ki, "Pul-e-Charkhi" ölkədə ən böyük həbsxana sayılır.          

Azad edilmiş cinayətkarların arasında çox sayda talib və "Əl-Qaidə" terror təşkilatının üzvləri var. Terrorçular və qatillər kütləvi şəkildə Kabilə üz tutub.

Milli.Az