Qızını 3 ay görə bilməyəcək

15 Avqust 2021 15:22

Model Tülin Şahin keçmiş əri Pedro de Noronhanın ona və yaş yarımlıq qızına şiddət göstərdiyini iddia edərək prokurorluğa müraciət edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, modelin iddiası təmin edilib.

Qərara əsasən, şiddət təhlükəsi səbəb ilə Noronhanın qızı ilə münasibətləri məhdudlaşdırılıb. O, 3 ay ərzində övladını görməyəcək. Həmçinin müxtəlif ünsiyyət vasitələri ilə onu narahat etməsinə də qadağa qoyulub. 

Eyni zamanda, o, Tülinə də yaxınlaşa bilməyəcək.

Milli.Az