Şəmkirdə baş verən qəzada 2 nəfər ölüb

15 Avqust 2021 14:39

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yasamal aşırımında qeydə alınıb.

Hərəkədə olan "İnfinity" və "Ford" markalı maşınlar toqquşub. Qəza zamanı 2 nəfər ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Milli.Az