Qardaşının ölümündən sonra ilk dəfə oxudu - VİDEO

16 Avqust 2021 05:36

Türkiyəli müğənni Alişan qardaşı Səlçukun vəfatından sonra ilk dəfə səhnəyə çıxıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, göz yaşlarına hakim ola bilməyən sənətçi hisslərini belə ifadə edib:

"İlk dəfədir ki, qardaşım olmadan Kiprə gəldim. Dünya çox boşdur, ailənizə sahib çıxın. Çünki bir anda əlinizdən uçub gedirlər. Bu gecə bütün mahnılarını qardaşıma həsr edirəm".

Qeyd edək ki, Alişanın qardaşı koronavirusdan vəfat edib.

Milli.Az