Qubada avtomobil dərəyə aşıb, xəsarət alan var

15 Avqust 2021 13:52

Qubada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Quba-Xınalıq yolunda qeydə alınıb.

Hadisə yerinə Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası cəlb olunub, yaralı həkim briqadasının müşayiəti ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az