Rusiyada son sutkada COVID-19-dan 816 nəfər ölüb

15 Avqust 2021 13:22

Rusiyada son sutka ərzində daha 21 624 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 600 836 nəfərə çatıb.

Son sutka ərzində 816 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 170 499 nəfərə çatıb.

Milli.Az