Məhəmməd Əlinin nəvəsi rəqibini 70 saniyəyə nokauta saldı - VİDEO

15 Avqust 2021 12:37

Amerikalı məşhur boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş peşəkar karyerasında ilk döyüşündə qalib gəlib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 21 yaşlı boksçu rəqibini 70 saniyəyə nokauta salıb.

"Top Rank Inc"in rəhbəri Bob Arum Məhəmməd Əlinin nəvəsinin çıxışını yüksək qiymətləndirib:

"Əla çıxış etdi. Babası nəvəsi ilə fəxr edə bilərdi", - deyə o vurğulayıb.

Milli.Az