Obamanın ad günü tədbiri adada koronavirusun yayılmasına səbəb oldu - VİDEO

15 Avqust 2021 09:52

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 60 yaşının şərəfinə tədbirin keçirildiyi adada koronavirusun kəskin yayılması qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Martas Vinyardda aprel ayından bu yana yoluxma 63 sayı ilə rekord həddə  çatıb.

Məlumata görə, Obamanın ad gününə Beyons, Jay-Z və Son Legend də daxil olmaqla 300-400 adam qatılıb.

Keçirdiyi tədbirlə əlaqədar sabiq Ağ Ev başçısı sosial şəbəkələrdə kəskin tənqid olunub.

Milli.Az