Kəlbəcərdə minik maşını yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb

14 Avqust 2021 23:56

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun ərazisində hərəkətə olan "NİVA" markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az