Yevlaxda hamilə qadını maşın vurub

14 Avqust 2021 23:00

Yevlax şəhərində piyadanı maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 2 saylı orta məktəbin yaxınlığında baş verib.

Minik avtomobili 2003-cü il təvəllüdlü, rayon sakini Qasımova Səma İman qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az