Türkiyədə Rusiya təyyarəsi qəzaya uğradı: 8 ölü

14 Avqust 2021 19:19

Türkiyədə yanğınları söndürən, Rusiyanın Müdafiə Nazirliyinə məxsus Be-200 amfibiya təyyarəsi qəzaya uğrayıb.

Milli.Az bildirir ki, hadisə Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş şəhərinin yaxınlığında baş verib.

Təyyarədə 5 rusiyalı hərbçi və 3 Türkiyə vətəndaşı vardı.

Onların hamısı həlak olub.

Milli.Az