"Paltarlarımı və şlyapalarımı kürəkənim tikir" - Elza Seyidcahan

14 Avqust 2021 18:07

"Kürəkənimlə başqa münasibətim var. O, uşaqlıdan valideynlərini itirib. Mən də onu övladlarımdan ayırmıram. Hətta əməkdaşlıq edirik. Mənim paltarlarımı, şlyapalarımı kürəkənim tikir. Ona oğlumdan artıq yanaşmışam".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi" proqramında deyib. Müğənni kürəkəni ilə bağlı sualları cavablandırıb. O bildirib ki, qızı Gülşənin həyat yoldaşı ilə eyni evdə yaşayır.:

"Sənətdə, hər şeydə özümü qurban vermişəm. Uşaqlarımı o çətinlikləri yaşamağa qoymamışam. Onlar atasızlığı hiss etməyiblər. Kənardan baxıb deyirlər,  Elza öz həyatını yaşayır. Amma mən həyatımı yaşamamışam. Özümü qurban vermişəm, uşaqlarıma göstərməmişəm".

Milli.Az