İranda ötən gün koronavirusdan 466 nəfər ölüb

14 Avqust 2021 16:07

İranda ötən sutka ərzində 466 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 97 208 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 29 700 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə sözügedən virusa yoluxanların sayı 4 389 085 nəfərə çatıb.

Xatırladaq ki, İran hökuməti koronavirusun beşinci dalğası fonunda sabahdan beşgünlük lokdaun elan edib.

Milli.Az