Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıdıb

14 Avqust 2021 15:03

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

AZAL-ın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

Milli.Az