“Wizz Air Abu Dabi” aviaşirkəti Abu-Dabidən Bakıya reyslərə başlayır

14 Avqust 2021 21:11

Avqustun 14-dən "Wizz Air Abu Dabi" aviaşirkəti Abu-Dabi - Bakı - Abu-Dabi reyslərinə başlayır.

Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Biletləri "wizzair.com" saytından əldə mümkündür.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Wizz Air Abu Dabi" şirkəti Abu-Dabidən müxtəlif istiqamətlərə uçuşlar edir.

Milli.Az