Ermənistanda COVID-19-a yoluxanların sayı 234 mini keçib

14 Avqust 2021 13:39

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 430 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 234227-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4685 nəfərə çatıb.
 

Milli.Az