Məşhur müğənni, "Qremmi" mükafatçısı Nensi Qriffit vəfat edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 66 yaşlı amerikalı müğənni cümə günü səhər saatlarında Neşvill şəhərində (Tennessi ştatı) dünyasını dəyişib. Bu haqda sənətçinin meneceri məlumat yayıb.
"Nensi ölümündən sonra bir həftə insanlar bundan xəbər tutmasınlar" deyə, o, əlavə edib.
Qriffit 1990-cı illərdə iki dəfə xərçəng xəstəliyinə qalib gəlib.
Milli.Az