“En son babalar duyar”ın aktrisası ana oldu - FOTO

14 Avqust 2021 12:34

2002-ci ildə yayımlanan "En son babalar duyar" serialında "Ceren" obrazına həyat verən aktrisa Jalə Azaklı Özkan ana olub.

Milli.Az Axşam.az istinadən xəbər verir ki, 2015-ci ildə Ömür Özkan ilə ailə həyatı quran aktrisanın qızı dünyaya gəlib. Cütlük övladına İpək adını qoyub.

Qeyd edək ki, aktrisa uzun müddətdir heç bir layihədə yer almır.

Milli.Az