“WatsApp”ın sahibi Sindi Kroufordun mülkünü aldı

14 Avqust 2021 13:24

Populyar supermodel və iş qadını Sindi Krouford Beverli-Hillzdəki mülkünü satıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dəbdəbəli malikanənin "WatsApp" messencerinin sahiblərindən biri olan Ukrayna mənşəli proqramçı Yan Kum tərəfindən alındığı bildirilib. O, daşınmaz əmlaka görə, 13,5 milyon dollar ödəyib.

500 kv/m sahəsi olan evin 5 yataq və 5 hamam otağı var.

Qeyd olunub ki, supermodel sözügedən mülkü 2017-ci ildə 11,62 milyon dollara əldə edib.

Milli.Az