Azərbaycanlı məşhurun başına dəmir düşdü - Daha betəri ola bilərdi - FOTO

14 Avqust 2021 09:04

Məşhur teleaparıcı Vüsalə Kərimovanın sözün həqiqi mənasında başına iş gəlib.

Milli.Az xəbər verir ki, Vüsalə az qala getdiyi yas yerində qorxunc olayın qurbanı olacaqdı. 

Başına tikiş qoyulan aparıcı bu barədə Milli.Az-a açıqlama verib:

"Qaxda yas yerimiz var idi, ora gəlmişdim. Həyətdə böyük dəmir yelləncək var idi, elə oturmuşdum. Birdən yelləncək qırıldı, yuxarıdakı dəmir düşdü başıma. Alnıma tikiş qoyublar. Şükür Allaha, indi yaxşıyam".

Məhəmməd Vaqif
Milli.Az