Lənkəranda və Salyanda ikimərtəbəli evdə yanğın olub

14 Avqust 2021 07:33

Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 464 m² (hər mərtəbəsi 232 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 175 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az