"Bavariya" heç-heçə etdi

14 Avqust 2021 07:15

Almaniya Bundesliqasında 2021/22 mövsümünə start verilib.

Son çempion "Bavariya" səfərdə "Borussiya" (Münhenqladbax) ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bundesliqa, 1-ci tur

"Borussiya" (Münhenqladbax) - "Bavariya" - 1:1
Qollar: Plea, 10 (1:0), Levandovski, 42 (1:1)
"Borussia Park"

Milli.Az