Türkiyənin Kastamonu vilayətində sel fəlakətindən ən çox zərər çəkən bölgə Bozqurt rayonu olub. Orada yaşayan sakinin selin ilk anlarından etibarən çəkdiyi görüntülər fəlakətin nə qədər sürətlə və şiddətlə baş verdiyini özündə əks etdirir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyənin Qara dəniz sahillərində intensiv yağışların səbəb olduğu sel tələfatsız ötüşməyib. Son məlumatlara görə Kastamonu və Sinopda ölənlərin sayı 27 nəfəri keçib.
Milli.Az