Türkiyədə amfibiya təyyarə dağa belə çırpıldı - ANBAAN VİDEO - FOTO

14 Avqust 2021 20:19

Xəbər verdiyimiz kimi, Türkiyədə yanğınları söndürən, Rusiyanın Müdafiə Nazirliyinə məxsus Be-200 amfibiya təyyarəsi qəzaya uğrayıb.

Milli.Az bildirir ki, hadisə Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş şəhərinin yaxınlığında baş verib.

Təyyarədə 5 rusiyalı hərbçi və 3 Türkiyə vətəndaşı vardı.

Onların hamısı həlak olub.

Qəzanın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az