"Çelsi" qələbə ilə başladı

14 Avqust 2021 20:43

"Çelsi" İngiltərə Premyer Liqasında yeni mövsümün ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu 1-ci turda "Kristal Pelas"ı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Kristal Pelas" - 3:0
Qollar: Alonso, 27, Pulişiç, 40, Çaloba, 58

Milli.Az