Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Mustafayeva Xədicə Elçin qızını vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az