Qubada minik avtomobili ilə yük maşını toqquşub, ölən var

13 Avqust 2021 17:06

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, rayonun Günəşli kəndi ərazisində 1-ci Nügədi kənd sakini Əmrulla Əfəndiyevin idarə etdiyi "VAZ-21214" markalı və İmişli rayon sakini Q.Səmədovun idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşub. Qəza nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən Ə.Əfəndiyev orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az