Rusiya Tacikistana 50 min doza “Sputnik V” vaksini göndərib

13 Avqust 2021 21:05

Bu gün Rusiya Tacikistana COVID-19-la mübarizə tədbirləri çərçivəsində humanitar yardım məqsədilə 50 min doza "Sputnik V" vaksini göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən ayın sonunda Çin Xalq Respublikasından Tacikistana humanitar yardım kimi 2 milyon doza "CoronaVaс" və Amerika Birləşmiş Ştatlarından 1,5 milyon doza "Moderna" vaksini göndərilib.

Azərbaycan isə Tacikistana humanitar yardım kimi 40 min doza "AstraZanesa" vaksini göndərib.

Bu il Tacikistan əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon nəfərin peyvənd edilməsi nəzərdə tutulur.

Milli.Az