Dizlərdəki qaraları belə yox edin - 3 SADƏ RESEPT

13 Avqust 2021 23:34

Bu problem bir çox qadınları narahat edir. Qara dizlər qadına ciddi diskomfort və paltar seçimində məhdudiyyətlər yaradır.

Milli.Az dizləri ağartmaq üçün 3 sadə resept təqdim edir:

- Qatıq və duz. Qatığı narın duzla qarışdırıb problemli dəriyə sürtün və massaj edin. Maskanı dəridə bir qədər saxlayın və sonra yuyun.

- Soda və su. Sodanı az miqdarda suda həll edin, pambıq batırın və dəriyə sürtün.

- Hidrogen peroksidi ("perekis"). Pambığı isladın və dəriyə çəkib saxlayın, sonra isə yuyun.

Bu sadə vasitələrin köməyi ilə diz və dirsəklərin qaralmış dərisini ağartmaq olar. /medicina.az

Milli.Az