Ombudsman jurnalistləri təbrik etdi

1 May 2010 14:07
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Elmira Süleymanova şura sədrini və Azərbaycanın kütləvi informasiya vasitələrində çalışan media nümayəndələrini jurnalistlərin həmrəyliyinin ifadəsi olan 3 may - Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə təbrik edib. Ombudsman məktubda informasiya mühitinin şəffaflığının təmin edilməsinin, hadisələrin aşkarlıq prizmasından işıqlandırılmasının olduqca vacib olduğunu bildirib: "Bu gün cəmiyyət mətbuatdan, bütün KİV-dən daha çox obyektivlik, gerçək sözə hörmət, peşəkarlıq, qərəzsizlik, aktual problemlərə diqqət yetirilməsini gözləyir".

/APA/