Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

13 Avqust 2021 16:46

Rusiyada son sutka ərzində daha 22 277 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 6 557 068 nəfərə çatıb.

Son sutka ərzində 815 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu rəqəm pandemiya başlayandan sutkalıq ölüm sayında rekord sayılır.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 168 864 nəfərə çatıb.

Milli.Az