Ermənistanda COVID-19-a yoluxanların sayı 233797-yə çatıb

13 Avqust 2021 13:40

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 397 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 233 797-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 9 ölüm halı qeydə alınıb, bununla da, Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4678 nəfərə yüksəlib.

Milli.Az