Azərbaycan millisinin qapıçısı zədələnib

14 Avqust 2021 20:53

Azərbaycan millisinin və "Sumqayıt"ın qapıçısı Aydın Bayramov zədələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, 25 yaşlı qolkiper "Keşlə"yə qarşı Premyer Liqanın ilk turunun səfər matçının 2-ci dəqiqəsində dizindən xəsarət alıb. Rəqib hücumçu Anatol Abanqla toqquşan Bayramov görüşü davam etdirə bilməyib və Tərlan Əhmədli ilə əvəzlənib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

Milli.Az