Oğuzda 67 yaşlı kişini avtomobil vurub

14 Avqust 2021 20:52

Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Kərimli kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Niyaz Qəni oğlu Teyyubov yolu keçərkən minik avtomobili onu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az