Gürcüstanda daha 5359 nəfər koronavirusa yoluxub

13 Avqust 2021 12:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 359 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 471 685, ölənlərin sayı isə 6 321 nəfərə çatıb. Virusa yoluxanlardan 415 146 nəfərin sağaldığı bildirilir.

Milli.Az