2021-ci ilin yanvar-iyul aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 210,3 mln. manat və ya 10,5% artıb.
Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Məlumata görə, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 mln. manat və ya 6,2%, qeyri-büdcə təşkilatları üzrə isə 125,0 mln. manat və ya 10,0% artım olub.
Milli.Az