“Lufthansa” aviaşirkəti Bakıya uçuşlarını bərpa etdi - FOTO

13 Avqust 2021 09:55

"Lufthansa" aviaşirkəti Bakıya uçuşlarını bərpa edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Milli.Az-a verilən məlumata görə, təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.

Uçuşlar həftənin çərşənbə və şənbə günləri Bakıdan-Frankfurta həyata keçiriləcəkdir.

Milli.Az