Norveçli siyasətçi: Ruslar düz qapımızın ağzındadır

13 Avqust 2021 10:16

Moskvanın artan hərbi gücünə görə ABŞ və silahdaşları ilə əməkdaşlığı gücləndirməliyik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri norveçli siyasətçi Xorek Elvenes deyib.

"Rusiyanın hərbi gücünün və aktivliyinin artması yeni təhlükələr meydana çıxarır. Moskva NATO-ya sərbəst hərəkətə mane ola biləcəyini göstərmək istəyir. Şimal cinahın Rusiya üçün əhəmiyyətini anlayıram, lakin narahatam ki, bəzi manevrlər (Rusiyanın hərbi təlimləri - red.) Norveçin düz "qapısının ağzında" keçirilir", - deyə ekspert bildirib.

Milli.Az