Tovuzda 40 yaşlı kişi müxtəlif xəsarətlər alıb

12 Avqust 2021 22:54

Tovuz rayonunda sakin müxtəlif xəsarətlər alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1981-ci il təvəllüdlü İman Qasımov mübahisə zəminində başından və bədəninin digər nahiyəsindən xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az