Lukakunun “Çelsi”yə keçidi rəsmiləşib - FOTO

12 Avqust 2021 22:28

"İnter"in hücumçusu Romelu Lukakunun "Çelsi"yə transferi, nəhayət ki, baş tutub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Premyer Liqa təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə elan edib.

Belçikalı forvard "Evinə xoş gəldin" yazılı videoroliklə təqdim edilib. Onunla 5 illik müqavilə imzalanıb. Transferin londonlulara 115 milyon avroya başa gəldiyi bildirilir.

Milli.Az