Buynuz buna deyərlər... - VİDEO - FOTO
15 Fevral 2012 12:59
"Texas buğası" cinsindən olan bu kəhrəba rəngli buğanın buynuzlarının ümumi uzunluğu 2,76 metrdir.
Milli.Az ABC-yə istinadən bildirir ki, 7 yaşlı buğanın buynuzlarının bundan sonra daha da böyüyəcəyi şübhəsizdir.
Buğanın sahibi, 50 yaşlı Maykl Vefil və arvadı, 39 yaşlı Linda 14 il əvvəl Texas ştatındakı "Leahton Park" səmtində "Texas uzunbuynuzlu buğası" cinsindən olan buğaları bəsləməyə başlayıblar.
Bu buğa cinsi ispanların XIV əsrin sonları-XV əsrin əvvəllərində Atlantik okeanının keçərək Amerikanı fəth etdikləri zaman özləri ilə gətirdikləri buğaların törəmələridir.
"Texas uzunbuynuzlu buğası"nın vətəni Portuqaliyadır. Buğalar sonradan Kanar adalarında bəslənməyə başlanıb.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Fotolar: SWINS