Döyüşlər səbəbindən son 3 ayda Əfqanıstanda 390 min insan evini tərk edib

12 Avqust 2021 18:42

"Taliban" və hökumət qüvvələri arasında gedən döyüşlər səbəbindən may ayından bəri Əfqanıstanda təxminən 390 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Ariana News" telekanalı məlumat yayıb.

Bildirilib ki, təkcə son iki gündə ölkənin şimal vilayətlərində davam edən döyüşlərə görə 5800-ə qədər insan öz evini tərk edərək Kabilə gedib. Telekanal əksəriyyəti parklarda qalan bu insanların ərzaq və tibb ehtiyaclarının olduğunu bildirib.

Milli.Az