Azərbaycan millisinin sabiq hücumçusu "Şalke" klubuna keçib

12 Avqust 2021 18:24

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov karyerasını yenidən Almaniyada davam etdirəcək.

Milli.Az xəbər verir ki, 30 yaşlı hücumçu "Şalke"nin II komandasına keçib. Təcrübəli forvard Regional Liqada çıxış edən komanda ilə müqavilə imzalayıb.

Milli.Az