Tokio-2020-də gümüş medal qazanan idmançıya 200 min, bürünc medalçılara 100 min manat veriləcək - SƏRƏNCAM

12 Avqust 2021 16:38

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az